Fransanın PSJ klubunun yeni transferi Lionel Messinin İspaniya "Barselona"sı ilə vidalaşarkən göz yaşlarını sildiyi salfet hərraca çıxarılıb.
Pravda.az xəbər verir ki, salfetə 1 milyon ABŞ dolları qiymət qoyulub.
Argentinalı futbolçu avqustun 8-də təşkil olunmuş mətbuat konfransında çıxış edərkən göz yaşlarını saxlaya bilməyib. 34 yaşlı hücumçunun özünə gəlməsi üçün təqribən 1 dəqiqə vaxt lazım olub.
Qeyd edək ki, Lionel Messi PSJ ilə 2+1 illik müqavilə bağlayıb.
Report
Messinin göz yaşlarını sildiyi salfet hərraca çıxarıldı - 1 milyon dollar