Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənova məxsus informasiya agentliyi Azadinform.az fəaliyyətini dayandırıb.
Əli Həsənovun əsas media orqanı bağlandı
Pravda.az-ın xəbərinə görə, agentliyin ləğvi dünən axşam kollektivə elan edilib və bu gündən bütün əməkdaşlarla müqavilələrə xitam verilib. Dünən gecədən saytda heç bir yenilənmə yoxdur.
1999-cu ildən fəaliyyət göstərən Azadinform İnformasiya Agentliyi Əli Həsənovun əsas media orqanlarından idi. O, vəzifəsindən azad edildikdən sonra nəzarətindəki saytlar fəaliyyətini dayandırmağa başlayıb.BakuPost