2021-ci ilin iyul ayı meteomüşahidələr tarixində ən isti ay olaraq yadda qalıb.
Pravda.az xəbər verir ki, bu barədə ABŞ-ın Okean və Atmosfer Arasdırmaları Milli İdarəsi (NOAA) məlumat yayıb.
Məlumata əsasən, ötən ay ərzində planetin bir çox yerlərində havanın temperaturu orta statistik normalardan xeyli yüksək olub.