Son vaxtlar cəmiyyət arasında Bakı Nəqliyyat Agentliyinin fəaliyyətindən narazılığın artması, adı çəkilən qurumun işinin öhdəsindən gələ bilməməsi hökumət dairələrində BNA ilə bağlı müəyyən addımların atılması zərurətini yaradıb.
Aparılan müzakirələrdə Bakı Nəqliyyat Agentliyinin Bakı Şəhər İcra Hakimiyyətinə birləşdirilməsi məqbul hesab olunub. Məlumata görə, yaxın vaxtlarda BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinə birləşdirilməsi istiqamətində konkret addım atılacaq.