Bu gün saat 21.30-a olan məlumata əsasən Gədəbəy, Daşkəsən, Xınalıq, Şahdağ, Xaltan, Qrız, Qusar, Quba, Şəmkirdə şimşək çaxmış, yağış yağıb.
Azərbaycanda şimşək çaxıb, dolu düşüb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Qrız-Qudyalçayda (Quba) saat 17:20-17:35, Ləzə məntəqəsində (Qusar) saat 17:30-17:40 radələrində diametri 5 mm olan, Zaqatala rayonunun Əlibəy, Yuxarı Tala, Aşağı Tala kəndlərinə xırda dənəli dolu düşüb.