BURADA REKLAMINIZ OLA
BİLƏR

Hadi Rəcəbli: “Bəzi namizədlər seçki məntəqələrinə xox gəlirlər”

“Bütün dünyada seçki mübarizəsində problemlər yaranır. Nə edəsən ki, zəif qüvvələr yalanlardan istifadə edirlər. Mənim haqqımda da həmişə olduğu kimi yalanlar gəzir, iftiralar yaranır, çox gülünc fikirlər paylaşılır. Bu əməllər mütləq qanunlar daxilində öz cəzasını almalıdır. Yalanlar, iftiralar, əlbəttə ki, xalq tərəfindən çox narahatçılıqla qəbul olunur”.

 

Pravda.az-ın xəbərinə görə, bunu 74 saylı Lənkəran kənd seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Hadi Rəcəbli deyib.

 

H.Rəcəbli qeyd edib ki, siyasi mübarizəyə əsasən siyasi partiyalar qatılırlar, belə olanda mübarizə də daha rahat olur: “Amma mənim rəqiblərim fərdi qaydada namizəd olanlardır. Dünya seçki təcrübəsində çox nadir hal olan bir kənddən üç namizəd var. Digər bir məqam odur ki, seçki mübarizəsi əvəzinə bir qrup insanlar birləşirlər. Dörd namizəd bir yerdə iclas keçirir, başqa yerdə üç namizəd bir-birinə qoşulur. Digər bir xoşagəlməyən məqamı da vurğulamaq istəyirəm. Hələ seçki başlamayıb, amma öz məğlubiyyətini bilən bəzi namizədlər indidən məntəqələrə xox gəlirlər, deyirlər ki, belə yazacağıq, belə edəcəyik. Əlbəttə, bunlar da seçki kampaniyasında olan məsələlərdir. Tarixə diqqət yetirsək, görərik ki, bütün seçki kampaniyalarını uduzanlar mütləq yazı yazırlar, şikayət edirlər. Bu Amerikada da, Avropada da, dünyanın digər yerlərində də belədir. Biz də bunu, əlbəttə ki, dözüm və hövsələ ilə yola veririk.

 

Odur ki, Hadi Rəcəbli seçkilərə qatılıb, seçki mübarizəsi güclü gedir. Mənim ətrafımda minlərlə adam var və mən bununla iftixar hissi keçirirəm. Yenə də partiyama, lənkəranlılara öz minnətdarlığımı bildirirəm ki, onlar məni ruhlandırır, daim yanımdadırlar və yüksək əhval-ruhiyyə ilə seçki kampaniyasını aparırıq”.Modern.az

 

Tarix: 1 Fevral 2020, 15:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin