Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

“Rusiyada deyirlər ki, uşaq planlaşdırırsınızsa, vaksin vurdurmayın, bizdə isə...”

1 855
Paylaş:
“Rusiyada deyirlər ki, uşaq planlaşdırırsınızsa, vaksin vurdurmayın, bizdə isə...”

Bizdə isə gəlini toya buraxmırlar ki, olmaz, həkim çağırıb vaksin vurdurur, belə də iş olar?

Hərdən eşidirəm ki, bəs siz pandemiya məsələsində qərəzlisiniz, subyektivsiniz, COVİD-dissidentsiniz, TƏBİB-i isə təkləmisiniz, bla-bla-bla, plkjhgfdsaxcvbnmç və s.

Ay sizə mələməmiş qara quzu kəsim, pandemiya ilə mübarizənin koordinatoru TƏBİB olmasaydı, heç vecimə də olmazdı bu qurum, oçin nada, rus demiş.

Amma məgər bu işi sizə tapşırıblar, səslənən tənqidləri, iradları, hətta zarafatları belə qəbul etməyi bacarın, bəsdirin gecə-gündüz virusun canına dua oxudunuz.

Pandemiya ilə mübarizə aparanlar iki ilə yaxındır ki, cəmiyyətlə düzgün və etibarlı ünsiyət qura bilmirlər. Baxıram “Facebook”un yadıma saldığı postlara, heç nə dəyişilməyib o vaxtdan.

Ən sadə suallara cavablar verilmir, insanlar car çəkirlər ki, ay başına dönüm, bu qəraraın məntiqini mənə izah et, noolar?

Nu pajaalstaa! Bircə cavabları o olur ki, qərar qəbul edən biz deyilik. Yaxşı, bəs biz nə edək? Nə qərar qəbul edən cavab verir, nə qərarı icra edən.

COVİD-mübarizlər cavandırlar, pul saymağı bacarırlar, amma bizim kinolara baxmayıblar, baxsaydılar, bilərdilər ki, iş sosikada deyil, sadəcə, vnimatelnı olmaq lazımdır.

Saymazlıq, yekəxanalıq göstərirlər ki, bu da öz növbəsində insanlarda qıcıq oyadır. Hazırda vəziyyət belədir - bütün əhali vaksinasiya olunmalıdır ki, ölüm halları azalsın. Bütün dünya belə düşünür, amma müqavimət də böyükdür.

Oraları deyə bilmərəm, amma buralarda vaskinasiya qarşı çıxanları qınamaq lazım deyil, güzgüyə baxmaq lazımdır. Təbliqat hansı səviyədədir? Sıfır. TƏBİB hər hansı bir elmi tədqiqat aparırmı insanların etimadsızlığının səbəblərini öyrənmək üçün? Hər hansı bir sosioloji sorğu sifariş edibmi?

Bir gün bu infeksionist çıxış edir, sabah digər zavkafedra, birisigün sədr postuna ucala bilməyən başqa laborant və yenə də köhnə tendensiya qayıdır - günahkar sizsiniz, günahkar əhalidir.

Restoranlardan aylıq haqq yığan, təmtəraqlı toy-yas edən və bunlara göz yuman, pandemiya sahəsində korrupsiyanı çiçəkləndirənlər deyil, bizik günahkar.

Nə deyirəm, olsun, padumaiş daha bir günahımız çox olsun. Bəli, əhaliyə ünvanlanan iradları anlayıram, haqlı iradlar var aralarında, amma yeganə günahkar kimi xalqı təqdim etmək demaqoqiyadır, özüdə ciddi demaqoqiya.

"Siz virusa inanmırsınız" filan, xeyir, insanlar siz mübarizlərə inanmırlar, çünki hər şeyi görürlər. Axı siz nə edirsiniz ki, əhalinin sizə etimadı artsın? Rusiyada ərə gedən xanıma deyirlər ki, hamiləlik planlaşdırırsınızsa vaksin vurdurmayın, bəlli deyil hələ nəticələri.

Bizdə isə gəlini toya buraxmırlar ki, olmaz, həkim çağırıb vaksin vurdurur, belə də iş olar?

Danışmaq lazımdır əhali ilə, danışmaq! Yuxarıdan aşağı deyil, bərabər həmsöhbət kimi! Vaksin kimə ziyandır, kimə olmaz vurmaq, hamiləlik necə keçir, hansı peyvənd necə təsir göstərir, onların müqayisəsi, əşşi, min dənə sualı var insanların, bilmirlər kimə versinlər. Au, hardasınız!

Mən bir ictimai sima kimi xalqın təhlükəsizliyinə yönələn dövlətin bütün addımlarını həmişə dəstəkləmişəm, dəstəkləyəcəm də, vətəndaş borcumdur. Amma bu o demək deyil ki, məntiqsiliyi, yekaxanalığı, saymazlığı dəstəkləməliyəm. İnsanları vaksinasiyaya sövq etmək üçün yalnız bir yol seçilib - hədə-qorxu, qadağalar, cərimələr, tutaram, asaram, kəsərəm, şaq vleva, şaq fprava, rasstrel, tra-ta-ta, bir dənə də kantrolnıy - bdiş! Dövlət qurumları sanki cərimə marafonuna çıxıblar, kim daha çox yükləyəcək camaatı, kim daha qəddar qadağalar fikirləşəcək. Görün iş nə yerə gəlib çatıb ki, insan elektron qaydada dövlətin verdiyi sosial təminatını almaq istəyir, ona deyirlər ki, vaksin vurdur sonra.

Və yaxud uşağı məktəbə buraxmırlar ki, dədən vaksin vurdursun sonra gəl.

Onda "vaksin könüllüdür" artıstliyi kimə lazımdır? Deputatlar niyə susurlar? Qoy bir dəfəlik qanun qəbul etsinlər və vaksini etsinlər məcburi. Yox, əgər məcburi deyil könüllüdürsə, onda düzgün təbliğat qurun, hansısa stimullaşdırıcı addımlar atın, nə qədər olar cəmiyətlə yalnız qadağalarla danışmaq? Niyə biri çıxıb demir ki, vaksin vurdurana 50 manat pul verəcəyik? Ya bir kilo ət verəcəyik pulsuz? Yaxud demir ki, ay camaat, bilirik maddi durumunuz pisləşib, maskaları pulsuz verəcəyik girəcəkdə? Belə fikir niyə gəlmir mübarizlərin ağlına?

Deyəndə də ağlaşma qururlar ki, əşşi bizdə pul nə gəzir. Xa xa xa, bişmiş toyuğu heç qıdığlamaq da lazım olmur, könüllü olaraq ölür gülməkdən. Gedin bahalı maşın satan salonlara baş çəkin, təzə avtomobil almaq üçün 3 ay növbə gözləmək lazımdır, kimdir onları alan? Elə həmin o fədakar mübarizlər. Sonda isə bunu deyim.

Vəziyət həqiqətən də çox ciddidir. Görünən odur ki, hamımız vaksin vurmalıyıq, şəxsən özüm kitayskinin birinci dozasını vurmuşam bədənə, ikincisini bekliyorum.

Amma eyni zamanda mən pandemiya ilə mübarizə aparanlara da səslənirəm: Əgər kimsə vaksindən qorxursa, əgər kimsə vaksin vurdurmaq istəmirsə, bu, sizin təqsirinizdir, onun deyil. Bacarmırsınız, inandıra bilmirsiniz, bu, sizin aqressiv yanaşmanıza onların sükutlu etirazıdır. Biraz göydən düşüb insanlara yaxın olmağı bacarsanız, qəddar qadağalarla yanaşı imtiyazlar haqda da düşünsəniz, insanları narahat edən sualları cavablandırsanız, tamahınıza bir qədər sahib çıxa bilsəniz, proses daha uğurlu ola bilər…

Azər Qərib

Paylaş:

Ən son xəbərlər