BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəsul Quliyev: “Cəmil Həsənliyə baş qoşmağa həvəsim yoxdur”

“Azərbaycan Xalq Cəbhəsi Partiyasının Milli Şuranın sədri təyin etdiyi özünü professor adlandıran savadsız şəxs özünün buraxdığı kobud səhvini anlamaq əvəzinə yenidən səviyyəsiz bir yazı yazıb. Sovet dövründə komunistlərin xarici siyasətinin təbliğatçısı olan bu şəxs Əbülfəz Elçibəy hakimiyyətində çevrilib demokrat oldu. Deputat mandatı almaq üçün Əliyevin siyasətini təriflədi. Azərbaycan xalqının, ziyalılarının qanını içmiş M.C.Bağırovu xalq qəhrəmanına çevirdi. Mənim ona bazar iqtisadiyatının banisi 250 il bundan öncə Adam Smiti öyrənmək təklifimi mazut satmaqla müqayisə edən bu adam indi də heç bir məna kəsb etməyən boş yazıları ilə özünü millətə sırımaq istəyir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib.

 

“Bu insana hökümət sabah bir təklif versə, həvəslə qolunu çırmalayıb onu tərifləməyə başlayacaq. Onun şair Qabillə əlaqədar yazdığı lətifəni oxuyanda, ümumiyyətlə, belə bir şəxsin yazmağa mənəvi haqqının olduğuna şübhə edirsən. Adam çox yerdə müxtəlif tanınmış adamlardan çox saylı lətifələr eşidə bilər. Ancaq onu publik yazı ilə camaata çatdırmaq yüngüllükdür. İki, üç saxtalaşdırılmış yazı pozudan başqa xalq üçün ziyandan başqa bir iş görməmiş bu adamın belə danışması təəccüb doğurur. Heç bir sənədə söykənmədən Xruşşov, Brejnyev dövründən nağıl yazan tarixçi ola bilməz. Sadəcə, olaraq ona baş qoşmağa həvəsim yoxdur, yoxsa yazdığı hər cümlənin, etdiyi hər çıxışın saxta olduğunu göstərə bilərəm” – R.Quliyev qeyd edib.

Tarix: 1 Fevral 2020, 16:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin