Sosial ödənişlərə aid bank kartlarının müddətinin uzadılması, itirilmiş və ya yararsız hala düşmüş kartların yenisi ilə əvəz olunması həm Beynəlxalq Bank, həm də Kapital Bankın özləri tərəfindən həyata keçirilir.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Yeni təyin olunmuş sosial ödənişlərin alınması üçün bank kartlarının sifarişi isə (həm Beynəlxalq Bank, həm Kapital Bank üzrə) Dövlət Sosial Müdafiəsi Fondu tərəfindən edilir.