Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Prezident İlham Əliyevin ermənilərin atəşə tutduğu dövrdə Kəlbəcərə səfər etməsi Ermənistana mühüm mesajdır” - RƏY

1 204
Paylaş:
“Prezident İlham Əliyevin ermənilərin atəşə tutduğu dövrdə Kəlbəcərə səfər etməsi Ermənistana mühüm mesajdır” -         RƏY

“Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyeva ilə birgə erməni terrorçularından təmizlənən torpaqlarımıza səfərlər edirlər. Bu səfərlər çərçivəsində görürük ki, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə çox böyük yenidənqurma işləri həyata keçirilir. Bu işlər çox sürətlə görülür. Təbii ki, Kəlbəcərdə də bu layihələr icra olunur. Prezident İlham Əliyevin mürəkkəb dövrdə, ermənilərin intensiv şəkildə atəşə tutduğu Kəlbəcərə səfər etməsi Ermənistana mühüm mesajdır”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, Prezident İlham Əliyev Kəlbəcərdə nitq söyləyərkən Ermənistana və havadarlarına xəbərdarlıq edib: “Dövlət başçısı bildirib ki, bu məsələdə yeganə yol Azərbaycanın ərazi bütövlüyünün tanınmasıdır. Prezident sərhədlərin demarkasiyası və delimitasiyası işlərinin düzgün həyata keçirilməsi məsələsinə də toxundu. Cənab İlham Əliyev çıxışlarında 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanata istinad edir. Ölkə başçısının da qeyd etdiyi kimi, Zəngəzur dəhlizi açıldıqdan sonra kommunikasiyalar bərpa olunacaq. Bu, üçtərəfli bəyanatda da əksini tapıb. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edib, sərhədləri müəyyənləşdirir, amma Ermənistan əngəl olmağa çalışır. Ali Baş Komandan xüsusilə qeyd etdi ki, proses süni maneələrə baxmayaraq davam etdiriləcək. Cənab İlham Əliyev Kəlbəcərə getməklə qalib ölkənin Ali Baş Komandanının necə olmasını göstərdi. Bu, nümunəvi addımdır”.

Deputat qeyd edib ki, ölkə başçısı düzgün olaraq, bir daha AXC-Müsavat cütlüyünün xəyanətindən danışıb: “Prezident bildirdi ki, “Kəlbəcərin azad edilməsi tarixi hadisədir. Kəlbəcərin işğal altına düşməsi isə xalqımızın böyük faciəsi idi. Çünki Laçın və Şuşa rayonları 1992-ci ilin may ayında işğal altına düşəndən sonra ermənilərin növbəti hədəfi Kəlbəcər idi. Şuşa və Laçının işğalı ilə bağlı artıq Azərbaycanda çox dəqiq təsəvvür var. Şuşa və Laçının işğala məruz qalması AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində baş verib. O vaxt hakimiyyət uğrunda mübarizə gedirdi, AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, nəyin bahasına olursa-olsun hakimiyyəti zəbt etməyə çalışırdı və onların nəzarəti altında olan bəzi qüvvələr, bəzi satqınlar Şuşanı demək olar ki, ermənilərə təhvil verdilər və Şuşa demək olar ki, müdafiə olunmadı. Şuşada olan bəzi silahlı dəstələr Şuşadan çıxdı və faktiki olaraq Şuşa ermənilərə təslim edildi. Məhz bunun nəticəsində Azərbaycanda hakimiyyət böhranı yaşandı və AXC-Müsavat cütlüyü bundan istifadə edib qanunsuz yollarla hakimiyyəti uzaqlaşdırıb, hərbi çevriliş törədib hakimiyyətə gəldi. Şuşa və Laçının işğal altına düşməsi sırf AXC-Müsavat cütlüyünün xəyanətidir, satqınlığıdır. Kəlbəcər rayonu işğal altına düşəndə artıq AXC-Müsavat cütlüyü öz çirkin məqsədlərinə çatmışdı, təxminən bir ilə yaxın hakimiyyətdə idi. Kəlbəcər 1993-cü il aprel ayının əvvəlində işğal altına düşmüşdü və bunun da günahkarı AXC-Müsavat cütlüyüdür, AXC-Müsavat hakimiyyətidir”. Tamamilə doğrudur, xəyanət olmasaydı, bu faciələr də olmazdı. Amma Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əks-hücum əməliyyatları ilə Ermənistan ordusu məhv edildi. Ali Baş Komandan çıxışında qeyd edir ki, "Ermənistanda növbəti mif onların dırnaqarası “sərkərdələri” ilə bağlı idi. Guya Ermənistanda elə görkəmli generallar, sərkərdələr var ki, onlar istənilən hərbi vəzifəni yerinə yetirə bilərlər. Biz gördük ki, onların generalları oğrudurlar, “tuşenka” satandırlar. Onların sərkərdələri də qorxaqdırlar, fəraridirlər. Xocalı cəlladları Koçaryan, Sarkisyan, Ohanyan müharibə zamanı Qarabağa soxulmuşdular, orada idilər. Amma görəndə ki, müzəffər Azərbaycan Ordusu öz torpaqlarını qəhrəmancasına azad edir, qaçdılar gizləndilər. Soruşmaq lazımdır onlardan, oradan nəyə görə çıxdılar? Onlar Xankəndidə idilər, üçü də. Niyə qaçmısınız? Niyə gizlənmisiniz?" İlham Əliyev torpaqlarımızı işğaldan azad etməklə xalqımızın başını uca etdi. Artıq Qarabağ yenidən qurulur. Ermənilərin Qarabağda törətdikləri bütün dünyaya göstəriləcək, açsınlar gözlərini, görsünlər, kimdir dağıdıcı, vəhşi... Azərbaycan tolerant ölkədir, xalqımız da sülhsevərdir. Kəlbəcərə səfəri çox yüksək qiymətləndirirəm, bu cür səfərlərin davamlı olacağına əminik”.

Kənan Mirzəyev

Paylaş:

Ən son xəbərlər