Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Dünya əfqan xalqının xoş gələcəyini istəyirsə, “Taliban” hakimiyyətini tanımalıdır” – Aslan İsmayılov

1 290
Paylaş:
“Dünya əfqan xalqının xoş gələcəyini istəyirsə, “Taliban” hakimiyyətini tanımalıdır” –     Aslan İsmayılov

“Əfqan xalqı seçimini etdi. Əgər dünya əfqan xalqının xoş gələcəyini istəyirsə, “Taliban” hakimiyyətinə zor tətbiq etmək, onu izolyasiya etmək istəyindən əl çəkib, bu hakimiyyəti tanımalı və normal münasibətlər qurmağa çalışmalıdır”.

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov bildirib ki, “Taliban” hakimiyyətinə istənilən zor, güc tətbiq etmək istəyi əfqan xalqına yeni faciələr gətirəcək: “Ən azından İraqda, Suriyada, Liviyada baş verən son hadisələr bunu açıq göstərdi. Demokratik quruluşu, liberal dəyərləri qəbul etməyən cəmiyyətə kənardan demokratiya ixrac etmək olmaz”.

Paylaş:

Ən son xəbərlər