Bu ilin əvvəlindən ölkə əhalisinin sayı 20 063 nəfər və ya 0,2 faiz artaraq 2021-ci il iyul ayının 1-i vəziyyətinə 10 139 196 nəfərə çatıb.
Azərbaycan əhalisinin sayı açıqlandı
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.