Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Fələstin İsrail və ABŞ-la bütün əlaqələrini kəsdi

975
Paylaş:
Fələstin İsrail və ABŞ-la bütün əlaqələrini kəsdi

Bu gün Fələstin prezidenti Mahmud Abbas İsrail və ABŞ-la bütün əlaqələrin dayandırıldığını elan edib.

Pravda.az-ın xəbərinə görə, o, bunu Qahirədə Ərəb Dövlətləri Liqasının toplantısında bəyan edib.

"Mən Netanyahuya (İsrailin Baş naziri) və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbərinə məktüb ünvanlamışam. Bundan sonra Fələstin ABŞ ilə təhlükəsizliyin təmin olunması məsələsində əməkdaşlıq etməyəcək və əvvəllər imzalanmış bütün razılaşmalar bizim üçün qüvvədən düşüb.", - M.Abbas deyib.

Onun sözlərinə görə, Amerika tərəfinin planı münaqişənin həllinə yardım etməyəcək.

O, ABŞ prezidenti Donald Trampın təklif etdiyi "əsrin sazişi" əsasında İsrail ilə danışıqlar aparılmasının mümkünsüzlüyünü bildirib.Report

Paylaş:

Ən son xəbərlər