BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı bulvarına “canavar”ları kim buraxır? – Hər gün uşaqlar, qocalar xəsarət alır

Dünyanın bir çox ölkələrində elektrikli skuterlərdən, velosipedlərdən istifadə üçün xüsusi yerlər ayrılıb. Dünyada ən çox skuterlərdən və velosipedlərdən istifadə edənlər niderlandlılardır. Belə ki, Niderlandda əhalinin 99,1 faizi velosipeddən istifadə edir. Danimarkalılar da 80,1 faizlə Niderlandlılardan heç də geri qalmırlar. Bu siyahıda üçüncü yeri 75,8 faizlə Almaniya izləyir.

 

 

Bu statistikadan çıxılan nəticə isə yalnız birdir – bir şəhərdə velosiped yolları varsa, deməli, həmin şəhərdə ətraf mühitin, infrastrukturun və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilir.

 

Bunun üçün bir çox ölkələrdə avtomobil yollarında belə zolaqlar əlavə edilib. Amma bununla bərabər, həmin ölkələr parklarda, ictimai yerlədə elektrikli skuterlərdən isitfadə qadağandır. Bunun üçün xüsusi cərimələr də müəyyən edilib.

 

Məsələn, İngiltərədə yollarda və səkilərdə elektrikli skuterlərin sürülməsi qanunsuzdur. Baxmayaraq ki, bu ölkədə elektrikli skuterlərin sayı kifayət qədərdir.

 

Bütün bu nümunələrdən çıxılan nəticə birdir. Azərbaycanda elektrikli skuterlərin istifadəsi qaydalarına tam əməl olunurmu?

 

Sosial şəbəkələrdə yazılan statuslarından və ümumilikdə bu statuslara gələn rəylərdən gəldiyimiz nəticəyə görə, Azərbaycanda elektrikli skuterlərlə bağlı məsələ heç də ürəkaçan deyil.

 

Hər gün Dənizkənarı Bulvar ərazisində, parklarda, insanların kütləvi şəkildə hərəkətdə olduğu yerlərdə elektrikli skuterlərdən, velosipedlərdən istifadə edənlər insanlar üçün təhlükə yaradır. Hətta onların insanlarla toqquşması, bu səbəbdən xəsarət alanların sayının artması faktları günü-gündən çoxalır. İnsanlar arasında da bu səbəbdən narazılıqlar artır.

 

 

 

Sosial şəbəkələrdə yazılan məlumatlara görə, Dənizkənarı Bulvar İdarəsi narazlığın çox olmasına baxmayaraq, məsələnin həllində heç bir köklü islahat aparmır.

 

AZXEBER.COM mövzu ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müşaviri Könül İmamverdiyeva ilə əlaqə saxlayıb.

 

O, bildirib ki, bulvar ərazisində bununla bağlı xüsusi qadağalar var və hər kəs buna riayət etməlidir:

 

"Velosipedlər və elektrikli skuterlərin istifadəsi ilə bağlı Ağ Şəhər və Yeni Bulvar ərazisində xüsusi zolaqlar ayrılıb. Azərbaycan vətəndaşları velosiped, skuterlər sürərkən həmin zolaqlardan istifadə etməlidir. O ki qaldı köhnə Bulvar ərazisində, orada çoxlu insanın istifadə etdiyini nəzərə alaraq xüsusi qadağa işarələri yerləşdirilib. Velosipedlərin və skuterlərin sürülməsinə həmin ərazidə icazə yoxdur. Bu qadağa işarələrinə hər bir vətəndaş riayət etməlidirlər və həmin ərazilərdə bunlardan istifadə etməməlidirlər”.

 

Könül İmamverdiyeva onu da qeyd edib ki, Bulvarda fəaliyyət göstərən mühafizə əməkdaşları bunu xüsusi nəzarətdə saxlayırlar: "Bulvarda fəaliyyət göstərən mühafizə əməkdaşları buna ciddi nəzarət edirlər. Onları gördükləri halda müdaxilə edirlər. Çünki bunlar sürətli hərəkət edən nəqliyyat vasitəsidir. Bunlardan istifadə zaman qadağa işarələrinə diqqət etməlidirlər. Qanunsuz ərazilərdə istifadə edildiyi zaman bizim əməkdaşlar tərəfindən bu, ciddi nəzarətdə saxlanılır”.

 

Rəsmi açıqlamadan aydın olur ki, idarə bu işlə məşğul olur. Bəs, idarə bu işlə məşğul olursa hər gün qocaların, uşaqların, qadınların həyatlarını təhlükə altına atan skuterlər nəyə görə onlar üçün ayrılmış zolaqlarda deyil, insanların çoxluq təşkil etdiyi ərazilərdə gəzir?

 

Bu suala isə cavabı yalnız Bakı Bulvarının ziyarətçiləri verə bilər. Ümid edirik ki, bundan sonra bu məsələyə daha da ciddi yanaşılacaq və insanların istirahətini pozanlar cəzalandırılacaq.

Tarix: 18 Avqust 2021, 14:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin