Müdafiə Nazirliyi avqustun 17-si saat 20:40-da yanğın baş verən əraziyə alovu söndürmək məqsədilə gələn yanğınsöndürmə maşınına Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə Ermənistan mətbuatının yaydığı məlumatlara aydınlıq gətirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki Qaybalı yaşayış məntəqəsi tərəfdə, dağətəyi ərazidəki quru otlaq sahəsində saat 18.00 radələrində başlayan yanğın bu istiqamətdə hündürlükdə yerləşən bölmələrimiz tərəfindən vizual müşahidə olunub.