Bu yaxınlarda Amerika onkoloqları ilə birgə Vaşinqton universitetinin biomühəndisləri bildiriblər ki, nəhayət bədxassəli xərçəng hüceyrələrini məhv ediblər.
Pravda.az-ın xəbərinə görə, bu barədə tanınmış fito-terapevt Elnur Rəhimov məlumat verib. O, qeyd edib ki, mütəxəssislər bu möcüzəvi təsiri birillik yovşan bitkisində tapıb. Tədqiqatlar göstərdi ki, birillik yovşan bitkisi 98%-ə qədər xərçəng hüceyrələrini 16 saat ərzində məhv edə bilir. Vaşinqton Universitetinin kimyaçı mütəxəssisi Tomikasu Sasaki birillik yovşanın sanki bomba kimi düz xərçəng hüceyrələrinin tam mərkəzinə – episentrinə düşərək onları məhv etdiyini vurğulayıb.