BURADA REKLAMINIZ OLA
BİLƏR

“Heç bilirdinizmi ekshumasiya nədir?” - VİDEO

Baş Prokurorluq ekshumasiya ilə bağlı maarifləndirici videomaterial hazırlayıb.

 

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.

 

Tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən prokurorluğun fəaliyyət sferaları ilə əlaqədar vətəndaşları maraqlandıran məsələlərlə bağlı maarifləndirici videoçarxların hazırlanaraq #heçbilirdinizmi? həştəqi altında ictimaiyyətə təqdim olunması qərara alınıb.

 

Hazırda təqdim olunan videoda “Heç bilirdinizmi ekshumasiya nədir?” mövzusu vətəndaşlara izah edilib.

 

Tarix: 19 Avqust 2021, 10:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin