Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə Alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir.
İdarədən veirlən məlumata görə, Alternativ qeydiyyat mərkəzlərinin işi mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq onlayn qaydada (“WhatsApp” nömrələr vasitəsilə) təşkil olunub.
Belə ki, özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 16:00-dək) “WhatsApp” müraciətlərinin cavablandırılması üçün təyin olunmuş işçi qrupları tərəfindən zəruri köməklik göstərilir.
Onlayn Alternativ qeydiyyat mərkəzləri (“WhatsApp” nömrələr vasitəsilə)
Binəqədi, Sabunçu və Yasamal rayonları üzrə: (+994 51) 563-15-77