BURADA REKLAMINIZ OLA
BİLƏR

Çindən təxliyə olunan Azərbaycan vətəndaşlarının səhhəti ilə bağlı AÇIQLAMA

Hazırda Çin Xalq Respublikasının Uxan şəhərindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşlarının səhhətində heç bir problem yoxdur.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib.

 

"Altı vətəndaşımız təxliyə olunub. Qarşılanmada iştirak edən səfir Xəzər İbrahim vətəndaşlarımızla telefon danışığı aparıb. Onların heç birinin sağlıq durumundan şikayəti yoxdur.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iradəsinə, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələrinin ruhuna uyğun olaraq, Azərbaycan vətəndaşları Türkiyə vətəndaşları ilə birlikdə fevralın 1-də koronavirusun geniş yayıldığı Uxan şəhərindən təxliyə olunublar. Otuz iki saat sürən təxliyə prosesi insidentsiz başa çatıb"-deyə, məlumatda qeyd olunub.

Tarix: 1 Fevral 2020, 23:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin