Rusiya Prezidenti Vladimir Putin və Almaniya Kansleri Angela Merkel cümə günü Moskvada danışıqlar aparacaqlar. Bu, onların koronavirus pandemiyası başladığı vaxtdan bəri ilk əyani görüşü olacaq.

Pravda.az-ın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.

“Müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın vəziyyəti və inkişaf perspektivlərini müzakirə etmək, həmçinin bir sıra aktual beynəlxalq və regional məsələləri nəzərdən keçirmək planlaşdırılır”, - Kremlin mətbuat xidməti bildirib.

Merkel Moskvaya səfəri zamanı, həmçinin Kremlin divarları yaxınlığında naməlum əsgərin məzarı önünə əklil qoyacaq.