“Dünyada pandemiya davam edir. Son günlər ərzində Azərbaycanda da koronavirusa kifayət qədər yüksək yoluxma qeydə alınıb”.
Pravda.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.