Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Xaricdə vaksinasiya olunanların COVID pasportu Azərbaycanda keçərlidir

1 284
Paylaş:
Xaricdə vaksinasiya olunanların COVID pasportu Azərbaycanda keçərlidir

“Xaricdə yaşayıb vaksinasiya olunan şəxslərin COVID pasportu bizdə keçərlidir”.

Pravda.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi bildirib ki, bununla bağlı Səhiyyə Nazirliyinin 9301 nömrəli qaynar xətti var: “Əgər kimsə xaricdə vaksinasiya olunubsa və onun sertifikatı varsa, həmin nömrəyə zəng etməlidir, məlumat verməlidir. Səhiyyə nazirliyi təqdim olunmuş sənədlərə baxacaq, əgər uyğundursa, saxta deyilsə, bu sənəd sistemə daxil ediləcək”.

Paylaş:

Ən son xəbərlər