“Görünən odur ki, dünya ölkələri də, Azərbaycan hökuməti də qapanmağa, sərt "lockdown"a getmək istəmirlər”.
“Koronavirus əleyhinə vaksini hamıya vurmamış dayanan deyillər”
Pravda.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Bildirib ki, "lockdown" çox bahalı və ciddi fəsadları olan addımdır: “Lakin o da aydındır ki, dünyada da, ölkə də koronavirus əleyhinə vaksini hamıya vurmamış dayanan deyillər. Cəmi 2 doz olsa dərd-yarıdır (mən də 2 doz vaksin almışam, heç bir fəsadı olmayıb), məncə, hər 6 aydan bir o iynəni hamıya yenidən soxacaqlar... Sentyabrdan restoranlara COVİD pasportla buraxacaqlar, yenə aləm dəyəcək bir-birinə, biznes də əziyyət çəkəcək, vətəndaşlar da, yenə cərimələr, narazılıq, orta-kiçik sahibkarlığın baş bəlası... Nə isə, hələlik, "vurdur ki, vura biləsən", qaydası gəldi...”