Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

“İctimai nəqliyyatın fəaliyyəti koronavirus infeksiyasına yoluxmanı artırır” - Rəşid Mahmudov

1 381
Paylaş:
“İctimai nəqliyyatın fəaliyyəti koronavirus infeksiyasına yoluxmanı artırır” -     Rəşid Mahmudov

"İctimai nəqliyyatın fəaliyyəti, əlbəttə ki, yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmanı artırır. Ümumiyyətlə, ölkədə koronavirusa yoluxma mənbələri dəqiq araşdırılmalıdır".

Bunu Pravda.az-a açıqlamasında professor Rəşid Mahmudov deyib.

R.Mahmudovun sözlərinə görə, bu elə bir virusdur ki, yaz, yay, payız - fərqi yoxdur, bütün fəsillərdə sürətlə yoluxdura bilər: "Axmaq virusdur, 40 genomu var. İndi istifadə edilən vaksinlər yalnız 4-5 ştama qarşı effektivdir. Mutasiya nəticəsində yaranacaq bütün ştammlara qarşı təsirli olan peyvənd istehsal etmək üçün 10-15 il vaxt lazımdır. Elə kim necə gəldi məlumat verir. Virusologiya institumuz var. İnstitutun direktoru, əməkdaşları hər biri bu işlə məşğuldur. Onları çağırıb epidemiologiyanin səbəblərini öyrənmək, ona uyğun davranmaq lazımdır. Vəzifəli şəxslərdən nəyisə öyrən, nə gəldi yaz, məlumat yay - belə olmaz! Koronavirusun nədən və necə yoluxduğunu dəqiq araşdırmaq lazımdır. Qapanmalar, əlbəttə ki, yoluxmanı azaldır. Amma vətəndaşlar özləri də məsuliyyətli olub digərləri ilə yaxın təmasda olmaqdan çəkinməlidirlər".

Paylaş:

Ən son xəbərlər