"Vaksinasiya olunmuş adam koronavirusa yoluxub və xəstəliyin ikinci həftəsini yaşayır. İkinci həftəsini də çox ağır keçirdir".
AZTV-nin aparıcısından çağırış: “Bacardığınız qədər vaksin vurdurmayın”
Pravda.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Televiziyasında "Ən doğrusu" verilişinin aparıcısı Aydan Axundzadə sosial şəbəkə hesabında yazıb.
Aparıcı bildirib ki, məhz COVİD 19-a yoluxanların 90 faizi vaksinasiya olunan insanlardır: "Məsləhətim odur ki, bacardığınız qədər vaksin vurdurmayın".