BURADA REKLAMINIZ OLA
BİLƏR

“Boş şeydir” deyənlərə fikir verməyək - Qubad İbadoğlu

“Heç birinizi qorxutmaq və vəziyyəti dramatikləşdirmək niyyətində deyiləm. Müşahidələrim və qarşılaşdığım hadisələr göstərir ki, virusun hazırkı forması sürətlə yayılır və ölümü də cavanlaşdırır. Bu günlərdə qohumlarım və tanışlarım arasında xəstəxanada yatanlar, həyatını itirənlər oldu. Mən nəinki tanıdıqlarımın, həm də  xalqımın başından  bir tük də əskik olmasını arzulamaram. Amma gəlin gerçəkliyi nəzərə alaq, yenə də əlini yelləyib, “Boş şeydir” deyənlərə fikir verməyək”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu deyib.

 

“Neyləyək? Əvvala, qapalı yerlərdə maskasız olmayaq, növbələrdə məsafə saxlayaq. İkincisi,  görüşləri, qonaq getmələri, evdə tədbirləri təxirə salaq. Üçüncüsü, xəstəliyimizi  gizətməyək, özünü təcridə keçək, xəstə olanda çölə çıxıb, ictimai yerlərdə gəzməyəcək. Nəhayət, peyvənd olunaq. Tədqiqatlar göstərir ki, peyvənd olanlar arasında virusa yoluxanlar azdır, peyvənd olub, virusa yoluxanlar xəstəliyi yüngül keçirir və onlar arasında ölüm göstəriciləri aşağıdır. Lütfən, özümüzü və ailəmizi, cəmiyyətimizi və dövlətimizi qoruyaq. Hazırkı situasiyada yeganə ricam budur. Allah sizi saxlasın, Azərbaycanımızı qorusun!” – Q.İbadoğlu qeyd edib.

Tarix: 20 Avqust 2021, 22:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin