Heydər Əliyev Fondu Şuşada Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı məscidlərinin bərpa işlərini aparır.
Pravda.az-ın məlumatına görə, Yuxarı Gövhər Ağa məscidinin interyeri məhv edilib, minarələrin dekorları zədələnib, örtüklər və s. dağıdılıb.
Yuxarı Gövhər Ağa məscidinin birinci mərhələdə bərpası başa çatıb, ikinci mərhələ üzrə bərpa işləri aparılır. Bu mərhələdə məscidin daşları layihəyə uyğun dəyişdirilir. Məscid ərazisindəki dağıdılmış mədrəsə də bərpa olunacaq.
İşğal dövründə dağıntıya məruz qalan Aşağı Gövhər Ağa məscidində isə xarici ekspertlərin iştirakı ilə qiymətləndirmə işləri aparılır.