Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 19-da keçirilən qabiliyyət imtahanının nəticələrini elan edib.
Pravda.az-ın xəbərinə görə, abituriyentlər DİM-in saytında imtahan nəticələri ilə tanış ola bilərlər. İmtahanda iştirak etmək hüququ qazanmış 760 abituriyentdən 166 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən abituriyentlərdən 599 nəfər “məqbul” qiymət alıb.
Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər. İxtisas seçimi avqustun 30-dək davam edəcək.