BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazirlər Kabinetindən yeni qərar

Təhsil Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib.

 

Pravda.az-ın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı “Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərara dəyişiklik edib.

 

Qərara əsasən, kollegiyanın tərkibi 9 nəfərdən ibarət olmaqla müəyyənləşdirilib. Əvvəl bu say 7 nəzərdə tutulmuşdu.

 

Kollegiyanın üzvləri bölməsində Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini sözləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru sözləri ilə əvəz edilib və Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri əlavə edilib.

Tarix: 21 Avqust 2021, 15:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin