Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.
313 nəfər deputatlığa namizədliyini geri götürdü
Pravda.az-ın xəbərinə görə, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 313 nəfəri deputatlığa namizədliyini geri götürüb.
Başqa sözlə, fevralın 1-də Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar deputatlığa namizədlərdən daha 1 nəfər namizədliyini geri götürüb. Hazırda deputatlığa namizədlərin sayı 1324 nəfərdir.APA