Hüquqşünas Aslan İsmayılov Azərbaycan Respulikasının Baş Prokuroru Kamran Əliyevə müraciət ünvanlayıb.
Pravda.az-ın xəbərinə görə, müraciətdə deyilir:
“Cənab Baş Prokuror!
Dəfələrlə Sizə KİVDF ilə bağlı aparılan cinayət işində qanun pozuntularına yol verildiyi, əsas günahkar şəxslərin məsuliyyətdən kənarda qaldığı barədə müraciətlər edib işin istintaqına nəzarət etmənizi xahiş etmişəm. Artıq cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır və cinayət işinin materialları hamıya bəllidir. İş materialları göstərir ki, şübhələrim əsaslı olub və cinayət işinin təşkilatçıları və əsas icraçıları məsuliyyətdən kənarda qalıb. Sadəcə, bir neçə faktı diqqətinizə çatdırıram. İş üzrə on milyonların mənimsənilməsində birbaşa təşkilatçı olan Prezidentin keçmiş köməkçisi Əli Həsənova “gözün üstə qaşın var” deyən olmayıb. Məhz buna görə Əli Həsənov tək sizə yox, bütün Azərbaycan xalqına hörmətsizlik edib jurnalistlərin sualına “qoz kimiyəm” deyir.