Avropa İttifaqı (Aİ) “Taliban” hərəkatı ilə texniki əlaqələri saxlasa da, siyasi danışıqlar aparmır və onu tanımaq niyyətində deyil.
Pravda.az-ın xəbərinə görə, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Madriddə Avropa institutları üçün fəaliyyət göstərmiş əfqanıstanlı mühacirlərin müvəqqəti qəbul mərkəzini ziyarətindən sonra deyib.