Azərbaycanın keçmiş baş naziri Pənah Hüseyn eks-prezident Əbülfəz Elçibəyin vaxtilə Dövlət Təhlükəsizlik Komitəsinə verdiyi ifadəni ictimai olaraq paylaşıb.
Pravda.az xəbər verir ki, o həmin ifadənin 26-28 yanvar 1975-ci ildə yazıldığını qeyd edib. Həmin ifadəni təqdim edirik:
“1970- ci ildən etibarən müxtəlif yerlərdə bildirmişəm, göstərmişəm, demişəm ki:
...SSRİ- də yaşayan xalqlar müxtəlif şəkillərdə assimlyasiyaya uğrayırlar. Əsasən ruslaşan daha daha çox olur. Bu azərbaycanlıların bir qisminə də aiddir. Bu assimlayasiya müxtəlif yollarla gedir. Azərbaycan SSR - də bir sıra idarələrdə (xüsusən Bakı və iri şəhərlərdə) yüksək səviyyəli keçən iclas, yığncaq və diplomatik danışıqlarda, xarici qonaqların qəbulu zamanı Azərbaycanda azərbaycan dili əvəzinə rus dilindən istifadə edilməsi, rus dilini bilməyən şəxsin yüksək vəzifələrə qoyulmaması, hətta bəzi yerlərdə rus dilində danışmağın tələb edilməsi mənə çox mənfi, qıcıqlandırıcı, əsəbiləşdirici təsir göstərir.
Rus dili azərbaycan diliniu sıxışdırmaq, onun yerini tutmaq istəyir və buna çalışan, kömək göstərən adamlar da var. Rus dili zorla tətbiq edilir. Dil milləti müəyyənləşdirən amillərdən biridir. Əgər Azərbaycan dili sıxışdırılıb aradan çıxarılarsa və Azərbaycanlıların indiki ərazisi bütov deyilsə (yəni ərazi birliyi yoxdursa) deməli azərbaycanlılar bir millət kimi təşəkkül tapmayacaq, əksinə, öz əlamətlərini itirəndən sonra özü də yox olmağa başlayacaq. Azərbaycanlılar, ümumiyyətlə bütün millətlərdən olanlar ilk təhsillərini yalnız öz dillərində almalı, sonra, yəni ikinci, üçüncü dərəcəli dillər kimi kimi başqa dilləri öyrənməlidir. Öz dilini öyrənməyənlər, öz milli mədəniyyətlərini dərindən bilmir, onu duymur, sevə bilmir, və s....
...Bir sıra əsərlərə, tarixi sənədlərə görə XIX əsrə qədər ruslar əsasən yarıvəhşi halında yaşayır, əksər əhali hamam hə olduğunu bilmir, yaz yay vaxtları ancaq gölməçələrdə çimirdilər. Rusiya o qədər geri qalmışdı, rus kəndlisi bir qul səviyyəsində idi, onu satır, öldürürdülər və s.
Ancaq Şərqdə belə deyildi. Buna baxmayaraq, bir sıra müasir tarixçilər Rusiyanın keçmişini tərifləyir, onun mədəniyyətini şişirdir, Leninin göstərdiyi mədəni Rusiyanı həddən artıq böyüdüb, Leninin göstərdiyi mürtəce Rusiyanın üstündən ötəri keçməyə çalışırlar. Orta məktəbin “SSRİ Tarixi “ dərsliyi 80- 90 faiz rus xalqının tariixinə həsr edilib, başqa xalqıarın zəngin tarixi çox zəif işıqlandırılır ki, bu da heç işıqlandırmamağa bərabərdir...
...Məndə Azərbaycanı birləşdirmək fikri qüvvətlə baş qaldırmışdır. Cənubi Azərbaycan məsələsinə hökumətimiz nə üçün fikir vermir? Bununla niyə dərindən maraqlanmır? Məndə belə qənaət yaranıb ki. nə Cənubi Azərbaycanda, nə də sovet Azərbaycanında xalqın böyük əksəriyəti bu məsələyə fikir vermədiyi üçün də bu barədə irəliləyiş olmur. Onun üçün gərək gənclərimiz düşünsün və buna yolar axtarsın. Daha doğrusu bunu xalq etməlidir və bu azərbaycan xalqının daxili işi kimi olmalı, Şimali Azərbaycan SSRİ- nin, Cənubi Azərbaycan İranın tərkibindən ayrılb müstəqil bir dövlət halında birləşməlidir. Bu dövlət tərəfindən deyil xalq tərəfindən həll edilmə yolu ilə mümkündür. Bu işdə ağırlıq Sovet ittifaqından daha çox Azərbaycan SSR hökumətinin daha əsas rol oynamalı olacağını düşünürəm...