“44 günlük Vətən müharibəsində Azərbaycan işğalda olan ərazilərini azad etdi, terrorçuları təmizlədi. Hazırda Azərbaycan ordusu sərhədboyu yüksəkliklərdə möhkəmlənməkdədir”.
Pravda.az-ın xəbərinə görə, bunu deputat Naqif Həmzəyev deyib.

Deputatın sözlərinə görə, Azərbaycan Ordusunun yerləşdiyi yüksəkliklər Ermənistandakı magistral yolların da nəzarət altına alınması imkanını verir: “Təbii ki, bu, qarşı tərəfi narahat edir. Erməni ekspertlər də etiraf edirlər ki, Ermənistan ordusunun 20 faiz gücü qalıb. Bu o deməkdir ki, Ermənistanda ordu yox vəziyyətdədir. Atəşkəsi pozmaqla “Biz də burada varıq” demək istəyirlər. Danışıqlar masasında hansısa üstünlüklər əldə etməyə çalışırlar. Burada diqtə edən tərəf Azərbaycandır”.
Kənan