İnternet üzərindən Koreyadan avtomobil alan şəxs külli miqdarda ziyana düşüb.
Paytaxt sakini Vüqar Şahmuradov deyir ki, bir neçə ay əvvəl sözügedən ölkənin istehsalı olan avtomobili gömrük rəsmiləşdirməsi xərci ilə bərabər 14 min manata Bakıya gətirdib.
Xarici ölkəyə məxsus satış saytından aldığı ikinci əl avtomobili Vüqar Şahmuradov ustaya aparıb.
Usta Sahil Ağabəyli deyir ki, Azərbaycana Koreya və Amerika bazarından gətirilən avtomobillərin böyük əksəriyyətində problemlər olur. Bu ölkələrdə sürülüb satışa çıxarılan avtomobillərin nə mühərrik, nədə ki, sürət qutusunun yağı dəyişdirilmir. Bundan başqa, həmin avtomobillərin alt işlək hissələrində də çox nasazlıqları aşkar edilir.