Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Azərbaycana gətirilən vaksinin qiyməti niyə açıqlanmır? - "Proses şəffaf həyata keçirilməlidir"

1 498
Paylaş:
Azərbaycana gətirilən vaksinin qiyməti niyə açıqlanmır? -   "Proses şəffaf həyata keçirilməlidir"

"Dövlət hesabına alınan və pulsuz olaraq vətəndaşlara təqdim edilən hansısa xidmət kommersiya sirri sayıla bilməz. Kommersiya təşkilatları arasında olan hansısa münasibətləri sirr saymaq olar".

Bunu Pravda.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

N.Cəfərli bildirib ki, dövlət orqanları yeni növ koronavirus (COVID-19) əleyhinə alınan peyvəndlərin xərci barədə ictimaiyyətə məlumat verilməlidir: "Satınalmanı dövlət orqanları həyata keçirir. Beynəlxalq mediada olan məlumatlara görə, "Sputnik V" və "SinoVac" peyvəndlərinin 1 ampulası təxminən 10 dollardır. Avropa istehsalı olan vaksinlərin qiymətləri də dəyişkəndir. Azərbaycan dövləti mütləq bu barədə məlumatı paylaşmalıdır. Bu, cəmiyyət üçün maraqlı mövzudur. Proses şəffaf həyata keçirilməlidir".

Qeyd: Ötən gün Səhiyyə nazirinin birinci müavini Teymur Musayev bildirib ki, COVID-19 əleyhinə vaksinasiyaya ayrılan xərclər barədə məlumat kommersiya sirri olduğundan bu barədə məlumat vermək olmaz.

Paylaş:

Ən son xəbərlər