“İki gün bundan əvvəl yaramaz bir nəfərin sabiq spiker Rəsul Quliyev haqqında yazısı ilə tanış oldum. İlk əvvəl bu “maşa”nın yazdıqlarına cavab verməmək barədə düşünsəm də, sonradan bəzi məsələlərə aydınlıq gətirməyi özümə borc bildim. Yaltaqlığı hesabına nazir olmuş, sonralar boş boğazlığı və qulluq etdiyi komandaya xəyanətləri nəticəsində məlum komandadan qovulmuş, bundan sonra papaq kimi başdan-başa gəzmiş biri heç bir halda ciddi fikirlərlə çıxış edə bilməzdi ki, bunu da öz yazısında məlum şəxs nümayiş etdirib… Bu məlum “əl uşağı” Rəsul Quliyevi İlham Əliyev iqtidarına qarşı sərt müxaliflikdə, ölkənin birinci xanımı Mehriban xanım Əliyevanı sərt tənqid və təhqir etməkdə, daha sonra isə İlham Əliyevi dəstəkləmək kimi hallarda “ittiham” edir… Təbii ki, bu tip “ittihamları” yalnız və yalnız düşünmək üçün başı olmayan biri “kəşf edə” bilərdi. Burdan üzə durmaq üzrə püxtələşmiş bu dələduzun diqqətinə çatdırmaq istərdim ki, bəli, Rəsul Quliyev İlham Əliyev iqtidarına qarşı müxalifətdədir. Özü də əxlaqlı bir siyasətçiyə yaraşan tərzdə müxalifətdə! Səndən fərqli olaraq Rəsul Quliyev bağlı qapılar arxasında qorxaq və riyakarcasına deyil də, açıq mətbuatda öz müxalif fikirlərini hər zaman səsləndirib və səsləndirir də. Bu heç kimə sirr də deyil. Bütün bunlar hamının gözü qarşısında olub, MTN-nin zirzəmisində yox! Ölkənin birinci xanımı haqqında isə sənin uydurduğun kimi heç bir zaman nəinki, təhqir, heç bir zaman tənqid belə səsləndirməyibş Bunun isə başlıca səbəbi xarakter məsələsidir”.
Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyevin lideri olduğu partiyanın – Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu deyib.

“Sizin anlamamanız anlaşılandır… Çox ehtimal qadınlara da şər-böhtan atmaqdan heç vaxt utanıb xəcalət çəkməmisiniz… Məsələnin digər tərəfinə gəldikdə isə, bu “maşa” unudur ki, Rəsul Quliyev Mehriban xanımı Azərbaycanda beynəlxalq idman yarışları, ölkədə müəyyən musiqi festivalları və bir sıra mədəniyyət xarakterli tədbirlər keçirməsindən, Azərbaycanın adını ucaldan işlərin görülməsindən sonra tanıyır. 2005-ci ildə Mehriban xanım Əliyevanı tanımadığı halda, onu heç bir dövlət vəzifəsi olmadığı halda necə tənqid edə bilərdi? Sadəcə, anlaşılan odur ki, bu adamda utanan üz yoxdur. Rəsul Quliyevi son dövrlər İlham Əliyevə və Mehriban xanım Əliyevaya dəstək verməkdə ittiham edirsiniz… Anlayıram. Bu sizin başa düşəcəyiniz məsələlər deyil. Onun-bunun əlində alət olmuş biri üçün bu çətindir. Belə yalanları sizə qədər də irəli sürənlər olub. Onların uydurduğu bu tip ağ yalanlara görə də Rəsul Quliyevin Prezidentin fəaliyyətinə verdiyi obyektiv qiymət onun “Bakıya dönməsi üçün imiş” kimi cəmiyyətə çatdırılıb… Bu tip düşünənlər də sənin kafanda olan tiplərdir, əlbəttə ki… Rəsul Quliyevin səmimiliyinə, heç vaxt yalandan kimisə tərifləməsinə inanmayalar o yazıqlara yerindəcə yazdıqları şərhlərlə cavab verib. Hərçənd ki o insanlar - bu alkaqol qəbul edəndə xoruza dönən yazıqdan dəfələrlə yüksək səviyyədə idilər... Rəsul Quliyevin müharibə dövründə və qələbədən sonra verdiyi bəyanatlar çoxlarını həyacanlandırıb. Bu da anlaşılandır. Azərbaycanda mən də daxil heç kim nəinki, 44 günə, heç yaxın 5 ildə bu topaqların azad ediləcəyinə inanmırdı. İlham Əliyev bu 44 gündə dünyanın, demək olar, bütün aparıcı televiziyalarına verdiyi müsahibələrdə Qarabağın Azərbaycan olduğunu, nəhayət, başa sala bildi. Həm diplomatiyada, həm beynəlxalq mediada, həm də cəbhədə döyüşən Ali Baş Komandanı düşünürsən ki, meydanda tək qoyub da, milli-dövlət maraqlarına qarşımı çıxmalı idik? Maraqlıdır, bu cılız ağıllı bəndə Rəsul Quliyevin bu qiymətiylə razı deyil. Anlayışı, savadı və dünya görüşü olan insanlar bilir ki, müharibənin iki dövrü var: 1. Müharibə dövrü, 2. Post-müharibə dövrü.
Bəli, Rəsul Quliyev vətənini, millətini, dövlətini sevən biri olaraq müharibənin 1-ci dövründə ölkəsinin ərazi bütövlüyünün bərpasına, bu istiqamətdə qətiyyətli addımlar atan, beynəlxalq mətbuata kəsərli müsahibələr verən, ortaya qətiyyət, iradə qoyan, öz dəmir yumruğunu düşmənin başı üzərindən əskik etməyən, 16 min kvadrat kilometr ərazimizi işğaldan azad edən Ali Baş Komandana dəstək olub. Vətənini, millətini sevən hər kəs kimi! Bu da hər kəsin, bütün xalqımızın gözü önündə olub. Daha bağlı qapılar arxasında separat yollarla yox! Müharibə vaxtı Prezident Əliyev hər gün müharibənin gedişatı barədə xalqa məlumat verirdi. Rəsul Quliyevlə mütamadi əlaqədə olan insan kimi deyə bilərəm ki, Prezident bir-iki gün məlumat verməyəndə, Rəsul Quliyev təşvişə düşürdü. Bütün gücümüzü, əlaqələrimizi işə salıb orduda nə baş verdiyini, nə üçün Prezidentin açıqlama vermədiyini öyrənmək istəyirdik. Məlumatları döyüşən ordudan, məmurlardan və administrativ şəxslərdən toplayıb rahatlaşırdıq. Daha böyük, sevindirici xəbərlərə özümüzü hazırlayırdıq. İstər Prezident Əliyevin qətiyyəti, istərsə də Prezident İlham Əliyevlə razılaşdıraraq post-müharibə dövründə Mehriban xanım Əliyevanın Qarabağın tanıdılması istiqamətində (Şuşada keçirilən beynəlxalq musiqi festivalını buna misal göstərmək olar) Qarabağda keçirdiyi tədbirlər alqışa layiq olub, alqışlanıb və bu istiqamətdə bundan sonra da görüləcək işlər alqışlanacaq… Mehriban xanım Əliyevanın son addımları faktiki olaraq “Qarabağ bizimdir!”, “Qarabağ Azərbaycandır!” şüarlarını fundamental təsdiqi idi. Sizin tipli adamlara nəinki Qarabağ, heç Azərbaycan da maraqlı deyil. Siz istənilən vaxt Azərbaycanı, dövlət maraqlarını pula satmağa hazır insanlarsınız… Olmaya Rəsul Quliyev bu milli mövqeyi, ölkə rəhbərliyinə açıq dəstəyi səni və sənin sahiblərini rahatsız edib?! Bəli, post-müharibə dövründə Rəsul Quliyev Ali Baş Komandan İlham Əliyevin müharibədən sonrakı dövrü əhatə edən mövqeyi, həmçinin Azərbaycanın aparacağı xarici siyasətlə bağlı verdiyi açıqlamaları, müsahibələri, bəyanatları doğru olduğunu düşünüb və öz legitim dəstəyini ifadə edib. Bu dəstək dünən də olub, bu gün də var, sabah da olacaq! Bu düzə-düz olmağın açıq nümayişidir. Bu həm də vətənə, millətə, xalqa olan səmimi münasibətin göstəricisidir… Bütün bu dəstəyə, inama rəğmən Rəsul Quliyev bu gün də, dünən də verdiyi hər açıqlamasında, hər müsahibəsində ölkədə köklü islahatların aparılmasının vacibliyini, korrupsiyaya qarşı mübarizənin sərtləşdirilməsini və digər məsələlərdə öz sağlan müxalif mövqeyini ifadə edir. Sənin kimi “maşa”lara görünür sərt ritorika lazımdır… Anlaşılandır ki, səni və sənin sahiblərini Rəsul Quliyevin dövlətçi mövqeyi rahatsız edib… Siz nə demək istəyirsiz? İlham Əliyevin Qarabağ siyasətinə qarşımı çıxaq? Vətən torpaqlarımızın 16 min kvadrat kilometrlik ərazimizin azad edilməsinin əleyhinəmi gedək?! Bunu yalnız sizin kimi riyakarlar bacarar! 2005-cü il parlament seçkiləri öncəsi məqsədli formada Rəsul Quliyevin ətrafına yerləşdirilmiş bu “maşa” hələ də bir məsələni dərk edə bilməyib: 2005-ci ildə bu “maşa”nın üzə durmaq qabiliyyətini bütün dünya gördü. Reallıqdan kənar verdiyi ifadələr əsasında yüzlərlə təqsirsiz insan həbs edildi. Bütün bunlara yalan üzərində qurduğun, ssenariləşdirdiyin və MTN-nin zirzəmisində verdiyin ifadələr səbəb oldu… Amma onu dərk edə bilmirsən ki, “hakimiyyətin zorla ələ keçirilməsinə hazırlıq”, “dövlət çevrilişinə cəhd edilməsi” kimi verdiyin izahatlar və ifadələr işə yaramadı. Və yaraya da bilməzdi. Çünki parlament seçkiləri ilə “dövlət çevrilişi” etmək mümkün deyil. Sizin kimi beyin sahibləri azad seçki keçirmək tələbini “dövlət çevrilişi” kimi anlayır. İnsanın beyni bu səviyyədə aşağı necə işləyə bilər, anlaya bilmirəm… Həmin dövrdə həbs edilmiş insanların hamısına başqa-başqa maddələr tətbiq edildi… Qısası uğursuz ssenariləşdirdiyin şou da iflasa uğradı - özün kimi… Sənə qalan kimlərinsə əlində “maşa” olmaq oldu… Sənin yerinə kim olsaydı, abrına bükülüb susardı… Amma təbii ki, abrı da abrı olandan gözləmək lazımdır… Təbii ki, sənin keçdiyin, özün kimi yaramaz yolun həm daxildə, həm də xaricdə (Vaşinqtonda müxtəlif beynəlxalq idarələrdə xəyanətkarlıqlarını - üzdə yaltaqlanıb, arxada satmaq kimi) xəyanətkar xislətini Rəsul Quliyev çox gözəl bilir. Ancaq xarakteri imkan vermir ki, bunları xalqa çatdırsın. Rəsul Quliyev bu dələduza cavab verməyi özünə layiq görmədi… Anlaşılan budur ki, sənin kimi dələduzlar vəzifə başında törətdiyi cinayətləri unudub… Amma əmin ol ki, sən unutsan belə, tarix unutmayıb… Üzə durmağı özünə peşə seçməklə özünü sığortalamış olduğunu zənn etmə! Görünən budur ki, üzə durma missiyanı indi də davam etdirirsən. Bu səndə alınır… Ailənə çörək qazanmağın kişi kimi yolları da var… Amma sənin seçiminə hörmətlə yanaşmaq qalır mənə… Sadəcə, unutma ki, heç kim satqınları və üzəduranları sevmir, sadəcə, “maşa” kimi istifadə edir… İki (üzə duran və “maşa” kimi) keyfiyyətsizliyi özündə birləşdirməyi bacarmış biri olaraq olmayan vicdanına sual ver: Sən niyə bu qədər manqurtlaşdın?… Cavab tapmasan sənə xalqın gözü önündə xatırlatmağa hazıram…”
Qeyd: Sabiq maliyyə naziri Fikrət Yusifov keçmiş spiker Rəsul Quliyevin ünvanına bir sıra ittihamlar səsləndirib.