Moskva şəhərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov avqustun 23-də “Beynəlxalq Ordu Oyunları-2021” yarışlarının təntənəli açılış mərasimində iştirak edib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, nazir müavini, həmçinin Alabino hərbi poliqonunda keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən hərbi qulluqçularla görüşüb və yarışlarda onlara uğurlar arzulayıb.