“Rusiya ilə strateji münasibətlər Ermənistanın təhlükəsizliyinin əsas amillərindən biridir”.
Pravda.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentə hökumətin yeni proqramını təqdim edərkən deyib.
“Ölkəmizin təhlükəsizliyinin arxitekturasının əsas amillərindən biri olan Rusiya ilə strateji əməkdaşlığı xüsusilə vurğulamaq istəyirəm. Ermənistan və Rusiya arasında dostluq, əməkdaşlıq və qarşılıqlı köməyin göstərilməsi, Ermənistan və Rusiya Silahlı Qüvvələrinin birgə qruplaşması haqqında sazişlər ölkəmizdəki 102-ci hərbi bazasının (Rusiyaya məxsus – red.) imkanlarını genişləndirməyə davam edir”, - deyə Paşinyan qeyd edib.