"Azərbaycanda peyvənd işlərinə gəldikdə, ölkəniz regionda perspektivli mövqelərdən birini tutur. BMT son 18 ay ərzində gördüyü işlərə sadiq qalaraq, öz yardımını bundan sonra da göstərməyə hazırdır".
Vladanka Andreyeva: "Azərbaycan regionda perspektivli mövqelərdən birini tutur"
Pravda.az xəbər verir ki, bu fikirləri BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
"Biz 4 milyona yaxın ilk təcili əşyalardan ibarət dəstləri paylamışıq. Hökumət ilə səhiyyə işçilərinin birgə təlimlərinə sərmayələr yatırmışıq. Həmin təlimlərdən 3 mindən artıq işçi keçmişdir. COVID-19-un qarşısının alınmasına yönəlmiş ictimai kampaniya 1 milyondan artıq insanı əhatə etmişdir. Sizin də qeyd etdiyiniz kimi bu, son 18 ay ərzində Azərbaycan xalqının üzləşdiyi yeganə çətinlik olmamışdır", - o əlavə edib.