BURADA REKLAMINIZ OLA
BİLƏR

Daha bir ölkə Çinlə sərhədləri bağladı

Qırğızıstan bu gündən koronavirusla bağlı Çinlə sərhədlərini müvəqqəti bağlayıb, hava əlaqəsini dayandırıb.

Pravda.az-ın xəbərinə görə, hökumət hazırda ölkədə koronavirusa yoluxma qeydə alınmadığını açıqlayıb.

Qeyd edək ki, hazırda 14 min 322 nəfəri Çində olmaqla, ümumən dünyada 14 min 500 koronavirusa yoluxma halı qeydə alınıb. Virus Çində 304 nəfərin ölümünə səbəb olub. Koronavirusla əlaqədar Çindən kənarda yeganə ölüm faktı Filippində qeydə alınıb.

Tarix: 2 Fevral 2020, 15:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin