Məzmuna keç
Pravda.az — xəbər portalı
Hərbi

Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutuldu - RƏSMİ

1 659
Paylaş:
Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutuldu -    RƏSMİ

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 24-ü saat 13:40-da Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və snayper tüfəngindən istifadə etməklə fasilələrlə atəşə tutub.

Bu barədə Pravda.az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

"Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - MN-in məlumatında bildirilib.

Paylaş:

Ən son xəbərlər