BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya və NATO-nun Bakıda görüşəcəyi tarix bəlli oldu

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı Tod Uolters arasında Bakıda görüşün fevralın 6-7-də keçirilməsi gözlənilir.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə “RİA Novosti”-yə diplomatik mənbələrdən məlumat verilib.

 

Görüşün gündəliyi açıqlanmayıb.

 

Xatırladaq ki, Bakıda bundan öncə Rusiya-NATO formatında görüş keçən il noyabrın 26-da keçirilib. Həmin görüşdə Valeri Gerasimov və NATO Hərbi Komitəsinin rəhbəri marşal Stüart Piç Rusiya-NATO təmas xəttində insidentlərin qarşısının alınması tədbirlərini müzakirə ediblər.

Tarix: 2 Fevral 2020, 17:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin