“Bu gün milyonlarla əfqan əsas qida məhsullarına möhtacdır. İdarəçilikdə kim olursa olsun, beynəlxalq ictimaiyyətin bu çətin vaxtda Əfqanıstana yardım etməsi zəruridir”.
“Türkiyə əlavə köç yükünün öhdəsindən gələ bilməz” - Ərdoğan
Pravda.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xarici ölkələrin Türkiyədəki səfirləri ilə görüşündə deyib. O bildirib ki, Türkiyə Suriya və Əfqanıstandan əlavə köç yükünü qəbul edə bilməz:
“Türkiyə olaraq qardaşlığımızı davam etdirəcəyik. Digər mühüm məsələ də gedərək artan nizamsız köç təzyiqidir. Hazırda 5 milyondan çox mühacirə ev sahibliyi edən Türkiyə Suriya və ya Əfqanıstandan əlavə köç yükünün öhdəsindən gələ bilməz. Bu gün ölkəmizdə rəsmi və qeyri-rəsmi 300 min əfqan mühacir var. Ölkəmizin qərb sərhədlərində yeni vəziyyət yaranmasın deyə Əfqanıstanda sabitlik önəm daşıyır. Türkiyə bu məqsədlə Əfqanıstandakı bütün tərəflərlə sıx dialoqa davam edəcək”.