Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Deputatlar: Hansı sahədə uğurlu hekayə meydana gəlirsə, orada Prezident İlham Əliyevlə çiyin-çiyinə Mehriban xanımın dayandığını görürük

1 090
Paylaş:
Deputatlar: Hansı sahədə uğurlu hekayə meydana gəlirsə, orada Prezident İlham Əliyevlə çiyin-çiyinə Mehriban xanımın dayandığını görürük

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür. Milli Məclisin deputatları Birinci xanım Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik ediblər.

Millət vəkili Azər Badamov Pravda.az-a deyib ki, bəşər tarixində müharibə meydanlarında uğur qazanan sərkərdələrin şəxsi həyatına diqqət yetirəndə hər bir uğur hekayəsinin yazılmasında onun arxasında dayanmış həyat yoldaşının əməyinin az olmadığını görürük:

"Bu ifadə həyatda öz isbatını tapıb. Bu gün Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında sosial, iqtisadi və siyasi sahələrdə böyük uğurlara imza atıb. Bu uğurlara nail olmağımızda İlham Əliyev Mehriban Əliyeva tandemi xüsusi əhəmiyyət kəsb edib. Mehriban xanım Əliyeva geniş dünya görüşünə malik, savadını və təcrübəsini xalqının və vətənin yolunda qoymuş, rəhbərlik etdiyi Heydər Əliyev Fondu vasitəsilə minlərlə ehtiyacı olan insana dəstək vermiş müasir Azərbaycan qadını obrazını yaradaraq dünyaya tanıdıb. Mehriban xanımın fəaliyyət istiqamətlərinə nəzər yetirəndə görürük ki, geniş və çox şaxəlidir. Burada mədəniyyətimizin, idmanımızın, təhsilimizin, səhiyyəmizin, iqtisadiyyatımızın, sosial siyasətimizin, ordumuzun vətənpərvərlik ruhunun yüksəldilməsinin və beynəlxalq siyasətin formalaşmasında və uğurlu inkişafında Mehriban xanımın misilsiz xidmətləri olub.  Ölkə həyatının hansı sahəsində uğurlu hekayə meydana gəlirsə, orada Prezident İlham Əliyevlə çiyin-çiyinə Mehriban xanımın dayandığını görürük. Mehriban xanımın geniş fəaliyyətinə toxunmadan ancaq bir istiqamət üzrə, 44 günlük Vətən müharibəsində zəfərin əldə olunmasına verdiyi töhfələrə qısa ekskursiya etmək istəyirəm. Ölkəmizdə xüsusi həssas əhali qrupları ilə işləmək, onların problemlərinin həllinə dəstək olmaq Mehriban xanım Əliyevanın fəaliyyət sahəsinin ana xəttini təşkil edir. Bu işdə gündəlik sosial ehtiyacların qarşılanması, insanların sağlamlığının qorunması, xəstələrə, kimsəsizlərə, ahıllara və ehtiyacı olan digər insanlara qayğı və nəvaziş ən vacib missiya kimi həyata keçirilməkdədir. Vətən müharibəsindən əvvəlki dövürdə də Mehriban xanımın  rəhbərlik etdiyi Heydər Əliyev Fondu şəhid ailələri və qazilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasında yaxından iştirak edib. Heydər Əliyev Fondu qazilərin sağlamlıqlarının bərpasına və yenidən həyata qayıtmasına böyük töhfələr vermişdir.  Dövlətin həyata keçirdiyi sosial siyasətində məhz Heydər Əliyev Fondunun dəstək proqramlarında yaxından iştirakı ölkəmizdə vətənpərvərlik ruhunun yüksəlməsinə, döyüşə gedən insanlara ailə qayğılarının yaşamamasına və ancaq qələbə amalı ilə mübarizəyə qatılmasına imkan yaradıb. Vətən müharibəsi dövründə Ali Baş Komandanın yaxın silahdaşı olan Mehriban xanım Əliyeva Azərbaycanın apardığı ədalətli iş barəsində məlumatları beynəlxalq birliyə çatdırılmasında və vətənpərvər çağırışlarını vətənini sevən hər kəsi səfərbər etməklə sosial şəbəklərdə də informasiya müharibəsində üstünlüyümüzün qorunmasına töhfə verib. Döyüş meydanında Şuşada bayraq sancmaq arzusuyla döyüşən hərbiçilərimizə duaları, şəhid ailələrinin yanında olması, yaralıların müalicəsində yaxından iştirakı, müharibə zonasından uzaqda yerləşən yaşayış məntəqələrində erməni terroru nəticəsində həlak olmuş dinc insanlarımızn yaxınlarına bir doğma ana-bacı münasibətini göstərərək şərik olması ilə Mehriban xanım xalqımıza təsəlli oldu. II Qarabağ müharibəsi dövründə Mehriban xanım Əliyevanın “Twitter”də və rəsmi “İnstagram” səhifələrindəki paylaşımlarda “Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin” deyirdi və bu ifadələr xalqımızın döyüş ruhunu yüksəldirdi. Azad olunmuş torpaqlarımıza səfərlərində və üç rəngli dövlət bayrağımızın həmin ərazilərdə dalğalandırılmasında Ali Baş Komandanla Mehriban xanımın bir olması və səfər barəsində ilk olaraq məlumatları ictimaiyyətə çatdırması xalqımızı çox sevindirib. Heydə Əliyev Fondunun təşkilatçılığı  ilə Şuşada uzun illərdən sonra musiqi festivalının keçirilməsi böyük tarixi hadisə olmaqla yanaşı həm də düşmənlərimizə ciddi bir mesaj oldu. Təbii ki, Mehriban xanım Əliyeva qazi və şəhid ailələrinin problemlərinin həllini hər zaman diqqətdə saxlayır. Heydər Əliyev Fondunun əməkdaşları Mehriban xanımın tapşırığı ilə  bütün şəhid ailələrini ziyarət etmiş, maddi dəstəyini göstərmiş və problemləri ilə yerindəcə tanış olub. Bu gün dövlətimiz bu həsas qrupdan olan insanlara xüsusi diqqətlə yanaşır. Mehriban xanım Əliyeva dövlətin həyata keçirdiyi yardım proqramlarına dəstək verərək şəhidlərimizin övladları, valideynləri və doğmalarına Heydər Əliyev Fondu vasitəsilə xüsusi diqqət və qayğı göstərir. Qazilərimizin Türkiyədə və yerli klinikalarda müalicəsində və reabilitaiyasında Heydər Əliyev Fondu yaxından iştirak edir. Məhz Mehriban xanımın vətəninə dövlətinə və xalqına sədaqəti insanların dövlətə və Prezidentinə sevgisini tükənməz edir. Vətəninə və xalqına xidmət etməyini həyat amalına çevirmiş Birinci vitse-prezident Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir, can sağlığı və xalqımızın tükənməz sevgisi ilə əhatə olunmaqla  gələcək fəaliyyətində uğurlar arzulayıram!"

Deputat Ceyhun Məmmədovun sözlərinə görə, Mehriban xanım Əliyevanın Azərbaycanın həm ictimai, həm də siyasi həyatında özünəməxsus yeri var:

"Bu gün Mehriban xanımın adı tez-tez Azərbaycanın müxtəlif sferalarında inkişafı ilə bağlı məsələlərdə hallanır. Belə sferalardan biri də, sözsüz ki, Azərbaycan mədəniyyəti, Azərbaycan muğamıdır. Bir müddət ölkədə muğama meyilin azalması məhz Mehriban Əliyevanın səyi nəticəsində təşkil edilən bir sıra tədbirlər vasitəsilə aradan qalxdı. Təşkil edilən müxtəlif muğam müsabiqələri yeni nəslin potensialını ortaya qoydu. Bu, bizim mədəniyyətimizə olan qayğı və diqqətdir. Bundan başqa, birinci xanım daima şəhid ailələri və qazilərin yanında olub, öz diqqətini onlardan əsirgəməyib. Elə Vətən müharibəsi dövründə də bunun şahidi olduq. İmkansız insanlara dəstək olmaq, daim xəstələrə əl tutmaq Mehriban Əliyevanın xalqa sevgisinin nümunəsidir. Xalqın inam yerinə çevrilib, darda olan, övladı xəstə olan analar, atalar ilk növbədə Mehriban xanıma müraciət edirlər. Üstəlik, Birinci vitse-prezident işğaldan azad edilmiş Şuşa şəhərində də ciddi işlərə imza atır. Orada bizim dini-tarixi abidələrimizin qorunması üçün Heydər Əliyev Fondunun əməyi əvəzsizdir. Bir sözlə, Mehriban xanım həm bir ana və siyasətçi kimi, eyni zamanda İlham Əliyevin silahdaşı və Heydər Əliyev irsinin davamçısı kimi Azərbaycanın inkişafında böyük rola malikdir".

Parlament üzvü Elman Məmmədov da Birinci xanımı doğum günü münasibətilə təbrik edib:

"Azərbaycan Respublikasının Birinci-vitse prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edirəm. Uzun ömür, can sağlığı arzulayıram. Mehriban xanım özünün bütün fəaliyyəti ilə Azərbaycanın inkişafı və müstəqilliyimizin möhkəmlənməsi üçün böyük töhfələr verib. Birinci-vitse prezident ictimai-siyasi fəaliyyəti ilə işğalda olan Azərbaycan torpaqlarının azad olunmasında ciddi rol oynayıb. Mehriban xanım Əliyeveva, həmçinin Xocalı faciəsinin dünyaya tanıdılması istiqamətində çox mühüm işlərə imza atıb, əhəmiyyətli tədbirlər həyata keçirib. Şəxsən bir xocalılı kimi dəfələrlə buna görə Mehriban Əliyevaya təşəkkür etmişəm. Birinci xanımın bundan sonrakı fəaliyyətində də ona uğurlar arzulayıram".

Nəzrin Cavid

Paylaş:

Ən son xəbərlər