"Səhhətimdə heç bir problem yoxdur, lakin qərara gəldim ki, sentyabra qədər bir az fasilə vermək lazımdır. Çünki həm özümüz çox yorulurduq, həm də insanları da çox yormaq olmaz".
Bunu Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
Partiya sədri bildirib ki, canlı efirlərə çıxışı azaltmaq qərarına gəlib: "Belə olan halda, bir efirə çıxıb, digərinə çıxmamaq alınmırdı. Ya ümumiyyətlə çıxmamaq lazımdır, ya da hamısına çıxmalısan. Ona görə düşündük ki, sentyabrın 1-dək fasilə verək. Bu vaxt ərzində partiyanın təşkilatı məsələlərinə daha çox diqqət ayırırıq, həm də dincəlirik. Sentyabrdan etibarən dəvət aldığımız efirlərə çıxacağıq".
Nəzrin Cavid