"Biz sözün əsl mənasında xoşbəxt xalqıq ki, hər zaman tarixin çətin məqamlarında şəxsiyyətlər yetişdirə bilmişik. İnanırıq ki, qarşıda Prezidentin silahdaşı kimi siyasi, humanitar və sosial sahədə Mehriban xanımın görəcəyi işlər çoxdur. Azərbaycan xalqı birinci xanımın fəaliyyətinə inanır və güvənir".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, Mehriban xanım Əliyeva hər zaman öz vəzifələrinin öhdəsindən lazımınca və şərəflə gəlir: "Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın doğum günüdür. Ümumiyyətlə. "Azərbaycan qadını" ifadəsi digər xalqlarla müqayisədə daha fərqli səslənir. Çünki bu ifadədə sanki bir məğrurluq, sədaqət və milli-mənəvi dəyərlərə ehtiram özünü göstərir. Biz xalq olaraq hər zaman qadınları zəif yox, zərif cins hesab edib, hörmət etmişik. Bu, bizi digər xalqlardan fərqləndirən cəhətlərdən biridir. Mehriban xanım Əliyeva müasir Azərbaycan dövlətinin ən zərif, eyni zamanda ən güclü simalarındandır. Birinci xanım Respublika prezidentinin həm ömür-gün yoldaşı, həm də ən yaxın silahdaşıdır. Mehriban xanımın fəaliyyətini bir neçə parametrlə xarakterizə etmək olar. Birinci xanım statusu adətən ölkə rəhbərlərinin həyat yoldaşlarına şamil edilir, lakin Mehriban xanım bu statusu öz zəhməti hesabına tam haqqı ilə əldə edib. Bu gün ölkədə gedən inkişafın hər zərrəsində Mehriban xanımın əməyi, əl izi var, cünki o, gördüyü hər işi ali səviyyədə həyata keçirir. Mehriban xanım həm ana kimi Azərbaycan qadınını simvolizə edir, həm də dövlət adamı kimi Azərbaycan xanımlarının tarixi ənənələrini müasir dövrdə səciyyələndirir. Azərbaycan xalqı öz ailəsinə, öz xanımına yüksək dəyər verir. Ailə dövlətdir. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə bütün sahələrdə genişmiqyaslı islahatlar həyata keçirilir. Bu islahatların fövqündə Mehriban xanım dayanır. 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin uğurlu siyasətinin arxasında hər zaman birinci xanımın da varlığını hiss edirdik. Qadın xisləti, əslində, müharibələrə yaddır. Lakin Mehriban xanım müharibə dövründəki fəaliyyəti, əsgərlərin yanında olması və ölkə həqiqətlərini bütün dünyaya çatdırmaqla təkrarsız mövqe sərgiləyib. Xalq olaraq öyrənmişik ki, hansısa bir iş Mehriban Əliyevaya tapşırılanda yüksək səviyyədə icra olunur. Bunun dəfələrlə şahidi olmuşuq. Bu gün də işğaldan azad edilmiş torpaqlarda yenidənqurma və bərpa işlərində Mehriban Əliyeva Heydər Əliyev Fondunun rəhbəri kimi müstəsna rol oynayır. Hər bir azərbaycanlı yaxşı bilir ki, bu dilbər guşələrdə aparılan işlərə Mehriban xanım da nəzərət edirsə, deməli işlər ən yüksək səviyyədə həyata keçiriləcək".
Nəzrin Cavid