BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qarabağ" qələbə çaldı

“Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

 

Ağdam klubu Konfrans Liqasında pley-off mərhələsinin cavab matçına çıxıb.

 

Qurban Qurbanovun yetirmələri Şotlandiyada “Aberdin”lə qarşılaşıb. Ötən həftə Bakıda keçirilən ilk görüşdə 1:0 hesablı qələbə qazanan “Qarabağ” bu dəfə də qalib gəlib.

 

Ağdamlılar cütün taleyinə artıq ilk yarıda aydınlıq gətirib. Fasiləyədək iki qol vuran Qurbanovun komandası ikinci yarıda fərqi daha da artırıb. Bununla da təmsilçimiz səfərdə də qələbəyə sevinib. Böyük britaniyalılar yalnız uzatma dəqiqələrində penalti ilə təsəlli qoluna sevinərək darmadağından xilas olub.

 

Azərbaycan Premyer Liqasının vitse-çempionu bununla da Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Bu, klubun tarixində ardıcıl 8-ci qrup mərhələsi olacaq. Ağdamlılar bir dəfə Çempionlar Liqası, 6 dəfə Avropa Liqasında əsas raunda yüksəlib.

 

Qeyd edək ki, “Qarabağ” əvvəlki mərhələlərdə İsrail “Aşdod”u (0:0, 1:0) və Kipr AEL-i (1:1, 1:0) mübarizədən kənarlaşdırıb.

 

 

Konfrans Liqası

Pley-off mərhələsi

Cavab oyunu

26 avqust

22:45. “Aberdin” (Şotlandiya) – “Qarabağ” (Azərbaycan) - 1:3

Qollar: Luis Ferqyuson, 90+1 (pen.) - Toral Bayramov, 8, Kadi Borqes, 18, Abdullah Zubir, 72

Baş hakim: Harald Lexner (Avstriya)

“Aberdin”: 1. Co Lyuis, 2. Ross Makkrori, 3. Cek Makkenzi, 5. Deklan Qallaher, 8. Skott Braun (k), 16. Funso Ojo, 19. Luis Ferqyuson, 22. Kelvin Remsi, 9. Kristian Ramirez, 20. Teddi Cenks, 17. Conni Hayes

Ehtiyat oyunçular: 25. Hari Vuds, 30. Tom Ritçi, 21. Cek Qurr, 31. Kyeran Nqvenya, 35. Meyson Hankok, 15. Dilan Makqouç, 24. Din Kempbell, 10. Neyl Makqin, 14. Cey Emmanuel-Tomas,

Baş məşqçi: Stiven Qlass

 

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 2. Qara Qarayev, 18. İsmayıl İbrahimli, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 11. Xayme Romero, 77. Ramil Şeydayev

Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Panadero Zamora, 22. Musa Qurbanlı, 19. Filip Ozobiç, 29. Marko Veşoviç

Baş məşqçi: Qurban Qurbanov

Aberdin. “Pittodri” stadionu

İlk oyun – 0:1

Tarix: 27 Avqust 2021, 01:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin