İsti hava şəraitinin hökm sürməsi xəzər dənizində balıqların tükənməsi ilə nəticələnir. Bu cür isti hava şəraiti davam edərsə, gələcəkdə balıq qıtlığı və quraqlıq kimi halların şahidi ola bilərik. Mütəxəssislər bunun səbəblərini açıqlayıb.
Qlobal istiləşmə artıq ölkəmizdə də öz fəsadlarını göstərir. Bu fəsadların öyrənilməsi üçün yerli mütəxəssislər daha dərin tədqiqatlara başlayıblar. 10 illik fasilədən sonra "Əlif Hacıyev" gəmisi texniki cəhətdən bərpa edilib və son iki ildə 3 dəniz ekspedisiyası həyata keçirilib. Bu yay keçirilən ən böyük ekspedisiyada məlum olub ki, yüksək temperatur şəraitində dənizin qidalandırma potensialı da azalıb. Bu da kilkə və digər xırda balıqların ehtiyatını tükədib. Həmçinin intensiv buxarlanma Xəzər dənizinin səviyyəsinin 1,5 metr düşməsinə səbəb olub.