Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Prezident verdiyi bütün sözlərə əməl edir” - RƏY

1 318
Paylaş:
“Prezident verdiyi bütün sözlərə əməl edir” -       RƏY

“Prezident İlham Əliyev şəhid ailələri və qazilərlə görüşü zamanı ölkəmiz üçün vacib olan bir sıra məqamlara toxunub. Hər görüş və səfərlər zamanı bir daha şahidi oluruq ki, Prezident verdiyi bütün sözlərə əməl edir”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 26-da şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündəki çıxışından danışarkən deyib.

Rüfət Quliyev: “Hindistandan deyirlər ki, Qarabağda ev tikmək istəyirəm

Deputat qeyd edib ki, Prezident İlham Əliyev çıxışı ilə xalqa qaranlıq qalan bir sıra məqmlara aydınlıq gətirib: “Biz bir daha Prezidentin humanist addımlarının şahidi olduq. İstər birinci, istərsə də ikinci Qarabağ əlilləri və şəhid ailələrinə dövlət böyük diqqət və qayğı göstərir. Əminik ki, bu diqqət daimi olacaq. Çünki bu zəfər təkcə 10 milyonluq Azərbaycan vətəndaşının yox, dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyonluq Azərbaycan xalqının zəfəridir. Bu qələbədə bütün dünya azərbaycanlılarının rolu və dəstəyi böyükdür. Mühüm qələbə göstərdi ki, Azərbaycan nail olmaq istədiyi hədəflərinə mütləq çatır. İstər iqtisadiyyat və beynəlxalq hüquq, istərsə də idman və ya mədəniyyət sahəsində. Prezidentin də bu zəfərdə ən çox rolu olan müharibə iştirakçılarını daim diqqətdə saxladığını görürük”.

R.Quliyev deyib ki, Prezident çıxışı zamanı bəzi xarici KİV-in Azərbaycanın yalnız yeddi rayonu azad etməsi ilə bağlı məqalələr dərc etdiyi bildirib: “Dövlət başçısı qeyd etdi ki, bu, həqiqət deyil. Çünki Azərbaycan ordusu yeddi rayonla bərabər, Şuşa şəhəri, Hadrut, Xocavənd rayonunun 60 faizi və Suqovuşan qəsəbəsini azad edib. Bu açıqlama ömür boyu özlərinə yalan tarix uydurmuş ermənilərə mesajdır. Azərbaycan illər sonra ərazi bütövlüyünü bərpa edib. Ümumiyyətlə Vətən müharibəsi Azərbaycanın son 200-250 illik tarixində ən böyük qələbəsidir. Tarix boyu Azərbaycan torpaqlarını itirib, amma 2020-ci ildə zəfər çaldıq və ərazi bütövlüyümüzü bərpa etdik. Bu, bizim ən böyük qələbəmizdir. Dünya sivilizasiyası, BMT, Avropa təşkilatları 30 il ərzində bizə vədlər versələr də, heç nə edə bilmədilər. Biz Ali Baş Komandan başda olmaqla, regionun bu qlobal məsələsini həll edə bildik. Şübhə yoxdur ki, siyasi xəritədə Dağlıq Qarabağ kimi bir ərazi yoxdur. Bura Qarabağ regionudur və Azərbaycanın ərazisidir”.

Parlamentin üzvü bildirib ki, Qarabağdakı bərpa işləri ilə tanış olmaq istəyən beynəlxalq təşkilatların nümayəndələri Azərbaycana gələ bilirlər: “Prezidentin də dediyi kimi, bu, Azərbaycan torpaqları erməni işğalında olan zaman mümkün deyildi”.

Paylaş:

Ən son xəbərlər